Vüsal Qasımlı: “Azərbaycan Davos platformasından səmərəli istifadə edir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Azərbaycanın bu mötəbər toplantıda ali səviyyədə iştirakı ölkəmizin qlobal təqdimatıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Davos İqtisadi Forumunun gündəliyi və Azərbaycanın bu toplantıda yüksək səviyyədə təmsil olunmasının əhəmiyyəti barədə müsahibə verib.